AZ

İsrail dünyada lazer HHM-dən sistemini tətbiq edən ilk ölkə olacaq

İsrail ordusu 2025-ci ilin sonuna qədər lazer texnologiyasına əsaslanan qabaqcıl "Iron Beam" hava hücumundan müdafiə sistemini alacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sistem milli müdafiə konserni Rafael tərəfindən Elbit Systems ilə əməkdaşlıqda hazırlanıb.

Nazirlik qeyd edib ki, mütəxəssislər bu yaxınlarda Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə birlikdə ölkənin cənubunda bir sıra sınaqları başa çatdırıb və bu sınaqlar zamanı yeni sistem müxtəlif əməliyyat şəraitlərində raketləri, minaatanları, pilotsuz uçuş aparatlarını və digər uçuş aparatlarını tutmaq qabiliyyətini nümayiş etdirib.

Seçilən
38
ucnoqta.az

1Mənbələr