AZ

Nikol Paşinyandan istefa açıqlaması

“Hökumətdə, xüsusən də baş nazirin müavinləri səviyyəsində istefalar gözlənilmir”.

Ulusal.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Xatırladaq ki, bundan əvvəl yerli KİV-də Baş nazir Administrasiyasının rəhbəri Arayik Arutyunyanın baş nazirin müavini təyin oluna biləcəyi ilə bağlı məlumat yayılıb. Onun Tiqran Xaçaturyan və ya Mqer Qriqoryandan biri ilə əvəz edilə biləcəyi iddia olunub.

Nikol Paşinyanın parlamentin sədri Alen Simonyanı da tutduğu vəzifəsindən azad etməyə hazırlaşdığı da bu iddialar arasındadır. Həmin iddiaya görə, Simonyan gələn il keçiriləcək seçkilərdən sonra (qələbə olacağı halda) parlament sədri postunu tutmayacaq.

Seçilən
9
5
moderator.az

6Mənbələr