AZ

Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) Direktorlar Şurasına yeni üzv təyin edilib.

Banker.az xəbər verir ki, sığorta şirkətinin sədrinin vəzifəsindən getməsindən sonra səhmdarların Ümumi Yığıncağının qərarı ilə Vyaçeslav Ayvazov İslamoviç Direktorlar Şurasına üzv seçilib.

O, avqust ayından etibarən ana şirkət “Azersun Holding” MMC-də Hüquq departamentinin direktoru təyin edilib. Belə ki, bu günə qədər çalışdığı “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və Baş Korporativ işlər inzibatçısı Vyaçeslav Ayvazov vəzifəsindən ayrılıb.

Vyaçeslav Ayvazov 2009-cu ildən bank sahəsində çalışır. Onun bankda ilk iş yeri “NİKOİL Bank” (hazırda Yelo Bank) olub. Hüquq sahəsində çalışan Ayvazov 2013-2014-cü illərdə bu bankda filial müdiri vəzifəsinə yüksəlib.

2014-2016-cı illərdə “DIA Holding”də hüquq menecer kimi çalışıb.

2016-cı ildən ASB Bankın hüquq departamentində direktor, son üç ili isə İdarə Heyətinin üzvü seçilib.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Sığorta şirkətinin 11 milyon manat nizamnamə kapitalı olmaqla, səhmlərin 95%-i “Anadolu Investment Company” MMC-yə və 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

 

Seçilən
7
banker.az

1Mənbələr