AZ

Paşinyan: Dəhlizdən silah nəqli də istisna deyil

Azvision saytına istinadən ain.az xəbər verir.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında söyləyib. O vurğulayıb ki, Bakı ilə qarşılıqlı razılıq əsasında istənilən layihə mümkündür. "Eyni zamanda, bu marşrut üzrə silah-sursat nəqlindən də söhbət gedə bilər. Bu şərt hər iki ölkəhə aiddir", – hökumət başçısı vurğulayıb.

Paşinyan: "Yeni imkanlardan hər ölkə faydalanacaq"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində də söyləmişdi ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədə həm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
2
azvision.az

3Mənbələr