AZ

Astanada Sülh və Barışıq Parkının açılışı olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Astana, 18 sentyabr, AZƏRTAC

Bu gün, sentyabrın 18-də Astanada Sülh və Barışıq Parkının açılışı olub. Bu unikal məkan Qazaxıstanın Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayına ev sahibliyi etmək təşəbbüsü çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə yaradılıb.

AZƏRTAC-ın Qazaxıstan Respublikası Parlamenti Senatının mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, mərasimdə VIII Qurultayın nümayəndələri ilə yanaşı, Qazaxıstan Parlamenti Senatının sədri, Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayı katibliyinin rəhbəri Maulen Aşimbayev də iştirak ediblər.

Layihənin yaradıcılarının fikrincə, tarixdə dərin kök salmış su və həyat ağacı Yerdəki həyatın əbədi və ümumbəşəri dəyərini simvollaşdırır. Beləliklə, bu məkan inancından asılı olmayaraq planetdəki bütün insanlar arasında harmoniya, sülh və dostluğa çağırış kimi xidmət edir.

Günbəz bir səma altında yerləşən dünyanın təcəssümüdür və dörd giriş sahəsi əsas istiqamətləri təmsil edir: Cənub, Şimal, Qərb və Şərq. Günbəzin divarlarında dünyanın yaradılmasını, Qazaxıstan üçün tarixi əhəmiyyətli hadisələri əks etdirən təsvirlər, məşhur qədim qayaüstü rəsmlər - petroqliflər var.

Xatırladaq ki, 2025-ci il sentyabrın 17-18-də Astanada Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayı keçirilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azertag.az

1Mənbələr