Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin birinci yarısında Macarıstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 166 milyon 206 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 80,2% və ya 73 milyon 979 min dollar çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 92 milyon 227 min dollar təşkil edirdi.
Birinci yarımildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Macarıstanın payı 5,2%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!