ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Əfqanıstanın Ali Rəhbəri hökumət qurumlarında çalışanlara iş yerində smartfonlardan istifadəni qadağan edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Tolo News” yazıb.
Nəşrin məlumatına görə, bu qərar dövlət idarələrində internetin bağlanması ilə bağlı əvvəlki sərəncamdan sonra qəbul olunub və yaxın günlərdə icra ediləcək.
Məqsəd, işçilərin internetdən “uyğunsuz şəkildə istifadə etməsinin” və “qeyri-etik məzmun” izləməsinin qarşısını almaqdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.