AZ

İranda yaralanan polkovnik də öldü

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 16-da Sistan və Bəlucistan əyalətinin Xaş-Zahidan yolunda silahlı hücum nəticəsində yaralanan polis polkovniki İbrahim Fəziləti bu gün səhər saatlarında ölüb.

Axar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 16-da Ceyş əl-Ədl silahlı qruplaşmasının polis avtomobilinə hücumu nəticəsində Yunis Səyyad Ərbabi və İbrahim Piri adlı polis əməkdaşları yerindəcə həlak olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
2
axar.az

3Mənbələr