AZ

Ötən səkkiz ayda narkotiklərlə bağlı 3614 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 67 si əcnəbidir

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-avqust aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3614 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, həmin şəxslərdən 3499-u kişi, 115-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.

Məlumatda qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1296, qanunsuz satış ilə bağlı faktların sayı 410, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 846, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 38 bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 2, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 53 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 211 nəfər azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr