"Qarabağ" - "Benfika" oyununun ən yaxşı futbolçusu seçilib.
News24.az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycan çempionunun yarımüdafiəçisi Pedro Bikalyo "Qarabağ" - "Benfika" oyununun ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, sentyabrın 16-sı Lissabonda Çempionlar Liqasının əsas mərhələsində "Benfika" - "Qarabağ" futbol komandaları üz-üzə gəlib. Oyun 3:2 hesabla "Qarabağ" futbol komandasının qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, növbəti oyun oktyabrın 1-i "Kopenhagen" - "Qarabağ" qarşılaşması olacaq. Oyuna Azərbaycan ev sahibliyi edəcək.
Xeyrənsə Piriyeva