AZ

Münaqişəni tam həll etmək hərbi qələbədən də mühümdür ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"2023-cü ildə keçirilən antiterror əməliyyatı Azərbaycanın ən böyük nailiyyətlərindən biri oldu. Bu əməliyyat nəticəsində torpaqlarımızda mövcud olan separatçı ünsürlərin son qalıqları da tamamilə təmizləndi. Beləliklə, Azərbaycanın suverenliyi bütün respublika ərazisində tam şəkildə təmin edildi. Bu, hətta 1991-ci ildə belə əldə edə bilmədiyimiz bir məsələ idi və Azərbaycan yalnız 2023-cü ildə tam suverenliyinə nail oldu". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, ən əsas məsələ də məhz budur: "Lakin bu hadisəni yalnız Azərbaycanın daxili işi kimi qiymətləndirmək olmaz. Çox mühüm tarixi əhəmiyyətə malik olduğuna görə, regionda və beynəlxalq siyasətdə də ciddi təsirləri müşahidə olundu. Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olması üçün mühüm bir addım atıldı.

1991-ci ildən sonra Abxaziya, Osetiya və Qarabağın işğalı kimi bir çox problemlər meydana gəlmişdi. Amma 2023-cü ildə Qarabağ məsələsinin tam şəkildə həll olunması Cənubi Qafqazın daha təhlükəsiz və sabit bir bölgə kimi formalaşmasına səbəb oldu. Bu həm də Orta Dəhliz və Şərq-Qərb koridoru kimi böyük strateji əhəmiyyət daşıyan yolların Qafqazdan keçmə ehtimalını artırdı.

Azərbaycan bu hadisə ilə dünyada 21-ci əsrdə münaqişəsini tamamilə həll edən nadir ölkələrdən birinə çevrildi. Müharibə qazanmaq bir şeydir, münaqişəni tam həll etmək isə tamam başqa bir mərhələdir. Biz 44 günlük Vətən müharibəsi ilə hərbi qələbə qazandıq, 2023-cü ildəki antiterror əməliyyatı ilə isə münaqişəni tam şəkildə başa çatdırdıq. Bununla Azərbaycan sübut etdi ki, artıq 21-ci əsrdə bir çox ölkələr üçün - münaqişələrini və müharibələrini bitirə bilməyən dövlətlər üçün - nümunə ola bilər. Münaqişə bitdikdən sonra Azərbaycan düşmənçilik hisslərini davam etdirmədi. Əksinə, Ermənistan tərəfdə revanşizmin baş qaldırmaması, onun yenidən hakimiyyətə gəlməməsi və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına fəal şəkildə çalışdı".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
sia.az

2Mənbələr