AZ

Lənkəranda könüllülər üçün növbəti TƏLİM

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN), Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İctimai Birliyin könüllüləri üçün Lənkəran şəhərində növbəti təlim keçirilib.

Hafta.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatının inkişafına dəstək vermək, o cümlədən əhaliyə zəruri yardım göstərməyə hazır olan könüllüləri formalaşdırmaqdan ibarət olub.

Tədbirdə FHN-in yerli qurumlarının, “Regional İnkişaf” İctimai Birliyinin, “Lənkəran Tibb Kolleci” PHŞ-nin, TƏBİB-in Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları və könüllülər iştirak ediblər.

Açılış mərasimində FHN Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov, “Regional İnkişaf” İctimai Birliyinin bölmə rəhbəri İlkin Muradov və “Lənkəran Tibb Kolleci” PHŞ-nin şöbə müdiri Solmaz Babayeva iştirakçıları salamlayaraq, layihənin əhəmiyyəti, məqsəd və hədəfləri barədə ətraflı məlumat veriblər.

Sonra təlimə start verilib.

Təlim şərti yanğının söndürülməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi, “yaralıların” təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi, çadırların qurulması və “zərərçəkmişlərin” müvəqqəti yerləşdirilməsi istiqamətlərində keçirilib.

Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

 
Seçilən
7
6
hafta.az

7Mənbələr