Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttində yerləşən Donetsk vilayətinə yollanıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat yayıb.
Bildirilib ki, siyasətçi Donetsk vilayətində Dobropil əks-hücum əməliyyatında iştirak edən hərbi qulluqçularla görüşüb.
Məlumata görə, Dobropil əməliyyatı zamanı Ukrayna əsgərləri artıq Donetsk vilayətində 7 yaşayış məntəqəsini azad edib.
"Addım-addım əsgərlər torpaqlarımızı azad edir. Əməliyyat başlayandan indiyədək 160 kvadrat kilometr ərazi və 7 yaşayış məntəqəsi işğalçılardan təmizlənib. Artıq yüzə yaxın işğalçı əsir götürülüb, təkcə bu həftələr ərzində ruslar minlərlə itki verib”, - deyə Zelesnki vurğulayıb.
Daşqın HəsənovMissiya.Az