AZ

Xüsusi nümayəndə: "Ağdam şəhərinə ilk köçün payızda reallaşacağını gözləyirik"

Ağdam və Füzuli rayonlarında “Böyük qayıdış” 1-ci dövlət proqramında nəzərdə tutulmuş layihələrin icrası qrafikə uyğun olaraq davam etdirilir.

Ağdam şəhərinə bu ilin payız aylarında ilk köçün reallaşacağını gözləyirik.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Qeyd olunub ki, Ağdamda ikinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir: “Bilirsiniz ki, dördüncü və beşinci yaşayış komplekslərinin tikintisi davam edir. Eyni zamanda sentyabr-oktyabr aylarında üçüncü yaşayış kompleksinin tikintisinə başlayacağıq və ilin sonuna doğru birinci yaşayış kompleksinin tikintisinə start veriləcək”.

​​​​​​"Cebheinfo.az"

Seçilən
8
10
cebheinfo.az

10Mənbələr