AZ

Xəstəxanaya yetişə bilmədi, qadın təcili yardım maşınında doğuş etdi

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Dənizli şəhərində qeyri-adi hadisə yaşanıb. Doğuş ağrıları başlayan ana, xəstəxanaya yetişə bilmədiyi üçün heyətin köməyi ilə təcili yardım maşınında doğub.

Sherg.az xəbər verir ki, sancıları başlayan qadın evdən götürülüb xəstəxanaya aparılarkən ambulansda doğuşu başlayıb.

Təcili tibbi texniki heyət doğuş prosesini uğurla həyata keçirib, 48 santimetr və 3 kilo 580 qram çəkidə doğulan uşaq və ana sağlamlıq yoxlamaları üçün xəstəxanaya gətirilib.

Ana və yeni doğulmuş körpənin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sherg.az

2Mənbələr