AZ

“Real” Ardanı 150 milyona satmayıb

ain.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Real”ın 20 yaşlı futbolçusu Arda Gülerlə bağlı sensasion iddia ortaya çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi üçün İngiltərə Premyer Liqası klubundan 150 milyon avroluq təklif gəlib. Lakin Madrid təmsilçisinin prezidenti Florentino Peres bu təklifi qəbul etməyib.

2023-cü ilin yayında “Real”a transfer olunan Arda Gülerin hazırda bazar dəyəri 45 milyon avrodur.

O, yeni mövsümdə 4 oyunda meydana çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
idmanxeber.az

2Mənbələr