AZ

Yolun ortasında maşına hücum çəkdilər; sürücü görün nə etdi ANBAAN VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində 2 nəfər yolun ortasında dayanan avtomobil sürücüsü ilə dava etməyə başlayıb.

Avtosfer.az xəbər verir ki, iddialara görə, iki motosikletçi ilə bir avtomobil sürücüsü arasında yol vermə üstündə mübahisə yaranıb.

Mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. İki motosikletçi avtomobildən düşərək taxta ilə sürücüyə hücum edib və avtomobili dəfələrlə vurublar. Hadisə zamanı yol hərəkəti iştirakçıları arasında ciddi gərginlik yaşanıb.

Sürücü isə özünü müdafiə etmək üçün avtomobildən gözyaşardıcı qaz çıxararaq motosikletçilərə tərəf sıxıb. Daha sonra o, maşından düşərək əlindəki balonla hücum edənlərin arxasınca qaçıb.

Hadisə digər sürücülərdən biri tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Türkiyədə son illər yol hərəkəti zamanı baş verən bu kimi qarşıdurmaların artması ictimai narahatlıq doğurur. 

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
avtosfer.az

1Mənbələr