AZ

Fransada apteklərin təxminən 90% i tətillər səbəbindən bağlanıb

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Fransada apteklərin təxminən 90%-i hökumətin təklif etdiyi qənaət tədbirlərinə qarşı ümummilli tətil çərçivəsində bağlanıb.

Bakıvaxtı.az "BFMTV" telekanalına istinadən xəbər verir ki, bu barədə Əczaçılar Federasiyası məlumat yayıb.

Məlumata görə, əczaçılar sentyabrın 1-dən qüvvəyə minən və səhiyyə xərclərini azaltmaq məqsədi daşıyan generik dərmanlara kommersiya endirimlərinin azaldılmasına qarşı çıxırlar. Əczaçılıq birlikləri bu tədbirin apteklərin bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb ola biləcəyini bildirir.

Qeyd edək ki, sentyabrın 18-də Fransada hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli tətil keçirilir. Hakimiyyət ölkə daxilində nümayişlərə təxminən 900 min insanın qatılacağını gözləyir. Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarələr yerləşdirir.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
bakivaxti.az

2Mənbələr