AZ

Kreml Cənubi Qafqazda sülh üçün İrəvan–Ankara dialoquna ümid bağladı

Rusiya tərəfi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini ardıcıl olaraq dəstəklədiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə İrəvanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç arasında keçirilən son görüşə münasibət bildirərkən danışıb.

Onun sözlərinə görə, bu dialoq Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması baxımından mühüm siqnaldır: “Biz bu istiqamətdəki təşəbbüslərə ‘3+3’ formatı çərçivəsində dəstək verməyə hazırıq. Eyni zamanda Ankara ilə İrəvan arasında əldə olunacaq razılaşmaların regiondakı real vəziyyət və qonşu dövlətlərin maraqları nəzərə alınmaqla hazırlanacağına ümid edirik”, – deyə Zaxarova qeyd edib.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr