AZ

İlk 8 ayda qanunsuz dövriyyədən çıxarılmış narkotikin dəyəri açıqlanıb

İlk 8 ayda qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 152 milyon 430 min kimi qiymətləndirilir.

Ekologiya.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında qeyd edilib.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3614 nəfər cəlb edilib, həmin şəxslərdən 3499 kişi, 115 qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 504 kq 596,74 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 183 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 737 kq 722,253 qr nakotik vasitə, psixotrop maddə maddə və 27,3 qr güclü təsir edən maddə müsadirə edilib.

Seçilən
16
11
ekologiya.az

10Mənbələr