AZ

İsrail “Iron Beam 450” lazer müdafiə sisteminin yekun sınaqlarını tamamladı

“Rafael” şirkəti İsrail Müdafiə Nazirliyi ilə birlikdə “Iron Beam 450” yüksək enerjili lazer müdafiə sisteminin yekun sınaqlar seriyasını tamamlayıb.

“Poliqon” “Rafael”ə istinadən xəbər verir ki, keçirilən sınaqlarda “Iron Beam 450” lazer müdafiə sistemi raketləri, minaatan mərmilərini və PUA-ları yüksək sürət, dəqiqlik və çox aşağı xərclə məhv edib.

Qeyd edilib ki, sistem bununla hava hücumundan müdafiə sahəsində yeni qlobal standart müəyyənləşdirib.

“Rafael”in qabaqcıl adaptiv optika texnologiyası ilə təchiz edilmiş və İsrailin çoxqatlı müdafiə sisteminə tam inteqrasiya olunmaq üçün hazırlanmış “Iron Beam 450”, istifadəçiyə daha geniş məsafə, sürətli reaksiya vaxtı, eləcə də quru, dəniz və hava platformalarında genişləndirilə bilən imkanlar təqdim edir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

12

7לכידה

 

Seçilən
23
poliqon.az

1Mənbələr