Azərbaycanın Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib. 1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Sadır Japarova çatdırıb. Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.