AZ

Rusiyadan Zəngəzur mesajı: Buna tab gətirməyəcəyik

BAKI, 18 sentyabr. TELEQRAF

“İrəvan ABŞ və xüsusən də böyük erməni diasporunun cəmləşdiyi Fransanın timsalında Qərbin təhlükəsizlik zəmanətlərinə ümid edir”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Suzdaltsev deyib.

“Həmçinin Ermənistan siyasi baxımdan çoxdan Türkiyə ilə Azərbaycan arasında manevr edir. Zəngəzur dəhlizi ilə bağlı mübahisələr ocağa yağ tökürdü, amma sonda Ermənistan onu öz ərazilərinin bir hissəsini öz nəzarətində saxlayacaq Amerika şirkətlərinə təhvil verməyə razılaşıb. Dəhliz Trampın adını daşıyır. Bu vəziyyətdə bir şey anlaşılmazdır: niyə Türkiyə ilə sərhədin açılması məsələsi Rusiya ilə razılaşdırılmadı. Çünki Ermənistan sərhədini faktiki olaraq Rusiya sərhədçiləri qoruyur. Fikrimcə, bu, geosiyasi tərəfdaş kimi Rusiyaya tam etinasızlıqdır”, – Suzdaltsev bildirib.

Suzdaltsev Rusiyanın Cənubi Qafqazda baş verənlərə müdaxilə imkanlarının olmadığını da etiraf edib: “Bəllidir ki, Cənubi Qafqazda ikinci cəbhənin açılmasına tab gətirməyəcəyik”.

Ermənistan-Türkiyə normallaşma prosesi ilə bağlı rusiyalı politoloq qeyd edib: “Bütün bunların sonu necə olacaq? Türkiyə güzəştə getməyəcək, ermənilər də öz şərtlərini irəli apara bilməyəcəklər”.

Seçilən
33
teleqraf.com

1Mənbələr