ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Biri (İsrail baş naziri Benyamin Netanyahu) çıxıb tarix dərsi verməyə çalışır. Unutmayın ki, biz bu regionda qonaq və ya işğalçı deyil, ev sahibiyik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz tarix səhnəsində yeni dövlət deyilik. 2000 ildən artıq təcrübəyə malik köklü dövlətik. Prezident emblemimizdəki hər bir ulduz bu qədim dövlətin rəmzidir. Bizə hücum edənlərin cəmi 2-3 nəsil əvvəl gəldiyi torpaqlarda əsrlər boyu padşahlıq etmişik və ədalət qılıncına çevrilmişik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Netanyahu Ərdoğana müraciət edərək, Qüdsün onlara məxsus olduğunu iddia etmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.