AZ

Polşaya hücumda “F-16”-dan atılan raketdən istifadə olunub?

Polşada Rus PUA-sının hava məkanını pozaraq yerə düşdüyü iddiası ilə NATO şərq cinahına hərbi yığıncaq edərkən bir evə düşən cismin əslində “F-16” döyüş təyyarəsindən atılan raket olduğu ortaya çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, Polşanın aparıcı media qurumlarından olan Rzeczpospolita qəzeti 10 sentyabrda Viryki şəhərində bir evə düşən cismin Rus PUA-sı deyil, Polşaya məxsus F-16 raketi olduğunu bildirib. Qəzetin yazdığına görə, evə düşən cisim Polşaya aid “F-16” təyyarəsindən atılmış “AIM-120 AMRAAM” tipli havadan-havaya raketi olub.

Qəzetə danışan bir mənbə raketin idarəetmə sistemindəki nasazlıq səbəbindən hədəfdən sapdığını qeyd edib:

“Xoşbəxtlikdən, təhlükəsizlik mexanizmləri işə düşdüyü üçün raket partlamadı”.Polşa Prezidenti Karol Navrocki isə “hadisədən xəbərdar edilmədiyini” bildirərək hökumətdən təcili izahat tələb edib.

Hadisənin məsuliyyətinin “Rusiyaya aid olduğunu” iddia edən Baş nazir Donald Tusk isə “İstintaq başa çatdıqdan sonra aidiyyəti qurumlar hadisənin bütün detalları barədə ictimaiyyəti, hökuməti və prezidenti məlumatlandıracaq” deyə açıqlama verib.

Seçilən
44
cebheinfo.az

1Mənbələr