AZ

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı azalıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1296, qanunsuz satışla əlaqədar faktların sayı 410, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 846, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 3, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 2, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 53 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 211 nəfər azalıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 899 kiloqram 162,172 qram artıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 220 kiloqram 238,409 qram, tiryəkin çəkisi 8 kiloqram 124,12 qram, psixotrop maddələrin çəkisi 60 kiloqram 442,664 qram azalıb.

Müsadirə olunmuş müxtəlif növ narkotik vasitələrin 5 ton 306 kiloqram 678,863 qramını (88,5 faiz) marixuana təşkil edib. Onun da 4 ton 662 kiloqram 710,498 qramı (88 faiz ) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 644 kiloqram 997,975 qramı (12 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azertag.az

2Mənbələr