AZ

Mavi gözlü insanlar üçün PİS XƏBƏR Gözləriniz heç vaxt mavi olmayıb ARAŞDIRMA

Bizim media saytına istinadən ain.az xəbər verir.

Mavi gözlərin əslində şəffaf olduğu və maviliyin piqmentdən deyil, işığın səpilməsindən qaynaqlandığı ortaya çıxarılıb. Yəni gözü mavi olanlar, gözləriniz əslində mavi deyil!Bizim.Media xəbər verir ki, Avstraliyanın Bond Universitetinin araşdırmalarına görə, gözlərdəki mavi rəng tam bir illüziyadır. Araşdırma nəticəsində məlum olub ki, gözlərimizə rəng verən irisin mavi rəngi piqmentdən deyil, işığın səpilməsindən qaynaqlanır. Tədqiqatlara görə, mavi gözlər əslində şəffafdır, lakin ''Tyndall effekti'' adlı fiziki hadisə səbəbindən mavi rəngdə görünür. Dr. Davinie Beaver isə bildirib ki, melanin, yəni dərimizin və saçlarımızın rəngini müəyyən edən maddə, bu vəziyyətdən məsul olan amildir.İşığın oyunuDr. Beaverə görə, qəhvəyi gözlər işığı udan və daha tünd bir görünüm yaradan yüksək miqdarda melanin tərkibinə malikdir. Mavi gözlərdə isə çox az melanin var. Nadir görülən yaşıl gözlər də melanin səviyyəsini aşağı salan genetik bir qəribəliyin nəticəsidir. Ancaq yaşıl gözlərdəki melanin mavi gözlərdəki qədər aşağı deyil. Mavi gözlər melanin səviyyəsinin aşağı olması səbəbindən daha az işıq qəbul edir və işığın gözün strukturu ilə qarşılıqlı təsiri nəticəsində mavi rəngi yaradır. Yaş artdıqca piqmentlər yığılır, nəticədə mavi gözlər yaşıl və ya qəhvəyi ola bilir.Elcan Bəşirli, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
bizim.media

2Mənbələr