AZ

Agentlik: Bəzi direktorların yenidən qiymətləndirilməsi mütləq tələb olmayacaq

Şagird sayı 500-ə qədər olan müəssisələrdə hazırda fəaliyyət göstərən direktorların MİQ, sertifikasiya və ya diaqnostik qiymətləndirilməsi 70 faiz və daha yüksəkdisə, fəaliyyətlərini davam etdirə biləcəklər.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib.

"Şagird sayı 500-dən çox olan məktəblərdə isə direktorların göstəricisi 85 faizdən yuxarıdırsa, elə həmin məktəbdə direktor olaraq qalacaqlar. Onların hazırda idarəetmə prosesində çalışdığı nəzərə alınaraq yenidən qiymətləndirilməsi mütləq tələb olaraq göstərilməyəcək”, - o bildirib.

Seçilən
24
6
apa.az

7Mənbələr