AZ

Putin Volqoqrada Stalinqrad adının qaytarılması barədə düşünəcəyini vəd edib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin Stalinqrad adının Volqoqrada qaytarılması məsələsini nəzərdən keçirməyə razılaşıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşdə təşəbbüsü şərh edərkən danışıb.

“Düşünmək lazımdır”, - Rusiya Prezidenti vurğulayıb.

Eyni zamanda, Putin qeyd edib ki, Volqoqradın əvvəlki adına qaytarılması məsələsi regional səviyyədə həll edilməlidir.

Qeyd edək ki, “Rusiya veteranları” ictimai hərəkatı Putinə Volqoqradın adının Stalinqrad adlandırılmasını təklif edən petisiya göndərib. Fəallar köhnə adın Volqoqrada qaytarılmasının daha çox turist cəlb edəcəyinə inanırlar.

Rusiya Federasiyası Kommunist Partiyasının qurultayı da Putinə analoji təkliflə müraciət edib. Rusiya Prezidenti daha əvvəl Volqoqradın adının Stalinqrad olaraq dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. Onun fikrincə, ancaq şəhər sakinlərinin əksəriyyəti buna qərar verərsə, adın dəyişdirilməsi mümkündür.

Putin bundan əvvəl Volqoqrad hava limanının adının “Stalinqrad” adlandırılması ideyasını dəstəkləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
apa.az

5Mənbələr