AZ

Kəlbəcərdə işəgötürənlər və sakinlərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və  Kəlbəcər Rayonunda Bərpa Tikinti İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə Kəlbəcərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

XQ xəbər verir ki, görüşdə işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə Agentlik tərəfindən görülən işlərdən bəhs olunub, qurumun fəaliyyət istiqamətləri barədə təqdimat edilib.

İşğaldan azad edilmiş ərazilərimizdə aktiv məşğulluq proqramlarının icrası sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub.

Köç prosesindən sonra ilk dəfə sakinlərlə öz doğma yurdlarında baş tutan görüşdə isə onların məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb. Görüşdə iştirak etmiş vətəndaşların müraciətləri üzrə aidiyyəti işlər aparılıb.

Seçilən
4
4
xalqqazeti.az

5Mənbələr