Bakı. Trend:
18 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran RegionalMədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı,böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin 140 illiyinə və MilliMusiqi Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdimedilib.
Trend xəbər verir ki,Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirəmərkəzin foyesində Üzeyir Hacıbəylinin obrazı ilə səhnələşdirilmişkompozisiyanın nümayişi ilə başlanılıb.
Konsert proqramında ilk olaraq canlı ifa ilə Dövlət Himnisəsləndirilib, Vətənin azadlığı uğrunda canlarından keçmişşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilib.Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixindəsilinməz iz qoymuş Üzeyir Hacıbəylinin həyatı və fəaliyyəti barədəvideo icmal nümayiş etdirilib.
Regional İdarənin tabeliyində fəaliyyət göstərən musiqi vəincəsənət məktəblərinin müəllim və şagirdlərinin, mədəniyyətmüəssisələrinin əməkdaşlarının ifasında bəstəkarın unudulmaz sənətəsərləri səsləndirilib, kompozisiyalar, rəqslər və “O olması, buolsun” filmindən səhnələr təqdim edilib.
Azərbaycan musiqi sənətinin ən nadir incilərini yaradanbəstəkarın ölməz əsərlərinin səsləndirildiyi möhtəşəm konsertproqramı izləyicilər tərəfindən alqışlarla qarşılanıb.