AZ

Kimya və coğrafiya üzrə ZƏİF NƏTİCƏ – Günah müəllimlərdədir, yoxsa fənnlər MARAQSIZDIR?

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə”Xalq” qəzetinə müsahibəsində deyib ki,  imtahanlarda ən aşağı nəticələr coğrafiya və kimya fənləri üzrə müşahidə olunur.

Bir çoxları bu göstəricini ya məktəb təhsili, ya da abituriyentlərlə əlaqələndirir.

Bəs əslində səbəb və çözüm nədir?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, təkcə coğrafiya və kimya yox, riyaziyyat fənni üzrə də abituriyentlərin göstəriciləri olduqca aşağıdır:

“Bu, kadrların keyfiyyətindən yox, abituriyentlərin marağından irəli gəlir. Məsələn, IV qrupda kimya imtahanından imtahan verən abituriyentlərin nəticələri, I qrupda kimyadan imtahan verənlərdən daha yüksəkdir.  Hər iki ixtisas qrupu üzrə abituriyentləti eyni müəllimlər hazırlaşdırırlar. Ancaq I qrupda abituriyentlər kimya fənninə qeyri-ciddi yanaşırlar. Ancaq IV qrupda kimya 150 bal verdiyi üçün abituriyentlər daha ciddi hazırlaşırlar”.

Ekspert vurğulayır ki, aşağı göstəricilər kadrların keyfiyyətindən yox, abituriyentlərin maraqlarından asılıdır:

“Riyaziyyat fənnindən göstəricilərin zəif olmasının ən bariz nümunəsi II  və III qrupların riyaziyyat nəticələridir. Əgər hansısa bölgələr üzrə coğrafiya və kimya fənlərindən nəticələr ürək açıcı deyilsə, müəllimlərin yer dəyişməsi olmalıdır. Yəni  müəllim paytaxtda daha yaxşı dərs keçirsə. Onun bilik və bacarıqlarından bölgələrdə də istifadə olunması daha məqsədəuyğundur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

Seçilən
12
2
bizim.media

3Mənbələr