AZ

İlin sonuna qədər vakant yerlərə direktor təyinatları olacaq

Direktorların işə qəbulu ilə bağlı yeni qaydalar təsdiq olunandan sonra nazirliyin tərkibində olan digər qurumlarla işlərə başlamışıq”.

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib. Şöbə müdiri bildirib ki, bu qaydalar proqram təminatında müəyyən düzəlişlər tələb edir: “Ona görə də həmkarlarımızla əlaqə saxlayırıq ki, proqram təminatında zəruri dəyişiklikləri edə bilək. Beləliklə, qeydiyyatdan keçən istifadəçilər nəticələrini görə, vakansiya seçimi edib təsdiq edə bilsinlər. Növbəti mərhələdə isə onların müraciətlərinin emalına start verəcəyik. Müsahibə mərhələsinə dəvətlər bu ardıcıllıqla həyata keçiriləcək”.

O qeyd edib ki, təqvim ilinin sonuna qədər çoxsaylı vakant yerlərə yeni mexanizmlər vasitəsilə direktor təyinatı həyata keçiriləcək.

Seçilən
1
8
azedu.az

9Mənbələr