Bu sözləri Demokrat.az-a açıqlqmasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, İslam hüququnda da bəzi yaxın qohumlar arasında nikah qəti şəkildə haram edilib:
"Quranda “məhrəmlər siyahısı” (Nisa surəsi, 23-cü ayə) göstərilmiş və ana, bacı, qız, bibi, xala və digər yaxınlar arasında evlilik qadağan edilib. Bu baxımdan, şəriət də insan sağlamlığı və nəsil davamlılığı üçün zərərli evliliklərdən çəkindirir. Alimlərin bir çoxu qeyd edir ki, İslam hüququnda “zərər vermək və zərərə məruz qalmaq yoxdur” prinsipi (la darar va la dirar) əsasdır. Əgər dövlət tibbi və ictimai zərər ola biləcək bir evliliyi qadağan edirsə, bu qərarın arxasında da məhz həmin prinsip dayanır".
İlahiyyatçı deyib ki, rəsmi nikah məsələsinə gəldikdə, dini kəbin yalnız şəriət çərçivəsində bir əqddir, amma dövlətin qəbul etdiyi qanunlar çərçivəsində hüquqi nəticə doğurmur:
"Yəni rəsmi nikah olmadan yalnız dini kəbinlə yaşayanlar qanun qarşısında ər-arvad hesab edilmir, hüquqi baxımdan onların birlikdə yaşaması qeyri-rəsmi münasibət sayılır. Bu isə miras, aliment, uşaqların hüquqi statusu və sosial təminatlar baxımından ciddi boşluqlar yaradır.Alimlər də bu mövzuda qeyd edirlər ki, müsəlman yaşadığı ölkənin qanunlarına riayət etməyə borcludur, əgər bu qanunlar birbaşa dini əqidəsinə zidd deyilsə. Çünki Quranda “Ey iman gətirənlər! Əhdlərinizə sadiq olun” (Maidə surəsi, 1) buyurulur. Müasir İslam hüquqşünasları da bildirirlər ki, müsəlman cəmiyyətin qəbul etdiyi qanuni tənzimləmələri pozmamalı, əksinə riayət etməlidir.Beləliklə, qohum evliliklərinin qanunla qadağan edilməsi və rəsmi nikah olmadan yalnız dini kəbinlə yaşama halları həm hüquqi, həm də dini baxımdan doğru sayılmır. Dini kəbin şəriət baxımından əqd ola bilər, amma dünyəvi hüquqda heç bir qüvvəsi yoxdur. Ona görə də hər bir ailə münasibəti dövlətin qəbul etdiyi qanun çərçivəsində rəsmiləşdirilməli, sonra dini kəbin kəsdirilməlidir. Bu həm şəriətə uyğun olar, həm də hüquqi baxımdan ailəni qoruyar".
Əfsanə Kamal
Demokrat.az
4Mənbələr
-
hurriyyet.az"Rəsmi nikahı olmayan qohumların dini kəbin kəsdirməsinin..." — AÇIQLAMA ( 21492652)
-
gender.az"Rəsmi nikahı olmayan qohumların dini kəbin kəsdirməsinin..." — AÇIQLAMA ( 21492634)
-
demokrat.azRəsmi nikahı olmayan qohumların dini kəbin kəsdirməsinin... AÇIQLAMA ( 21490957)
-
demokrat.az"Rəsmi nikahı olmayan qohumların dini kəbin kəsdirməsinin..." — AÇIQLAMA ( 21490897)