AZ

İndi Bakıya getmək arzumdur, xatirələr ürəyimi göynədir

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Şahmat üzrə dünya çempionu Harri Kasparov tanınmış ukraynalı jurnalist Dmitri Qordona müsahibə verib.

AzPost bildirir ki, H.Kasparov Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişindən danışıb.

O deyib ki, Qafqazda bu qanlı münaqişənin sona çatmasına çox şaddır. Kasparov qeyd edib ki, iki dövlət arasında münasibətlərin normallaşmasına ümid edir.

H. Kasparovun fikrincə, əldə olunan son razılaşmaların ən mühüm cəhətlərindən biri odur ki, bölgədəki qanlı savaşların əsas səbəbkarı olan Rusiya Cənubi Qafqazdan çıxarılır: “Allah şükür ki, Rusiyanı oradan çıxardılar. Bütün bu hadisələrin başlıca təxribatçısı olan Rusiya imperiyası artıq orada olmayacaq. Ümumilikdə bu, irəliyə atılan böyük addımdır. Biz indi çiçəklənən iqtisadi zona əldə etmiş olacağıq. Orda işləmək üçün, qazanmaq üçün şərait var. Azərbaycanlıların da, ermənilərin də öz imkan və bacarıqları var. Yəqin ki, bütün bunları qurub yaratmaq olacaq”.

Kasparov mərhum prezident Heydər Əliyevlə bağlı da danışıb. O deyib ki, Heydər Əliyev onun taleyində çox böyük rol oynayıb: “Heydər Əliyevə çox minnətdaram və bu barədə həmişə yazmışam. Onun dəstəyi olmasaydı, mən irəliləyə bilməzdim. Yalnız Əliyev və onun hər şeyi qadir gücü Karpovu (o zaman dünya çempionluğu uğrunda Kasparovun əsas rəqibi olan Anatoli Karpov) yerində saxlamağa çalışan böyük partiya-DTK maşınının qarşısını ala bilirdi.

1983-cü ildə, yarışın birinci mərhələsində onlar məni yarışdan kənarlaşdırmağa çalışanda məhz Heydəər Əliyev buna imkan vermədi. Mənə qarşı prosesi Kommunist Partiyası ideologiya şöbəsinin başçısı Boris Stukalin idarə edirdi. O vaxt 20 yaşım vardı. İdman naziri və DTK-nin 5-ci idarəsinin başçısı dedilər ki, “cavansan, 3 il də gözləyə bilərsən”. Mən Heydər Əliyevə müraciət etdim. Bildiyimə görə, bundan sonra Stukalini görən Heydər Əliyev ona deyib ki, “mənim yerlimi incitmə”. Bundan sonra təkər başqa istiqamətdə fırlanmağa başladı. SSRİ rəhbəri Andropovun yaxın adamlarından biri olan Heydər Əliyevlə o vaxt mübahisə etməmək daha yaxşı idi…”

Qordon Kasparovdan Bakıya səfərinin mümkünlüyü barədə soruşub. Harri Kasparov deyib ki, əvvələr buna imkan yox idi, indi vəziyyət yaxşı istiqamətdə dəyişir: “Əgər erməni nümayəndə heyətlərinin Bakıya səfərləri başlasa ora getmək arzum əlbəttə ki, var. Xüsusən həyat yoldaşıma və uşaqlarıma Bakını göstərəmək istərdim. Mən o yaşdayam ki, artıq nostalgiya ürəyimi göynədir”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
azpost.info

1Mənbələr