İran Prezidenti Məsud Pezeşkian etnik kimliyi ilə bağlı yayılan fərziyyələrə aydınlıq gətirib.
Bu barədə "Azad İran" "Telegram"kanalı xəbər verir.
"Atam da, anam da türkdür, türk olduğum üçün fəxr edirəm", - deyə Məsud Pezeşkian vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda keçirilmiş prezident seçkisində islahatçı qanadın namizədi kimi çıxış edən və ikinci turda Səid Cəliliyə qalib gələrək İranın 9-cu prezidenti seçilən Pezeşkian bu vəzifəyə gəlməzdən əvvəl səhiyyə naziri və parlamentin deputatı kimi fəaliyyət göstərib.
Pezeşkian yeddiuşaqlı ailənin beşinci övladıdır. Onun anası Məhbubə Sudbaxş 1930-cu ildə Urmiyada anadan olub. Atası Məhəmməd Əli isə əczaçılıq sahəsində çalışıb. Ailə bir müddət Soyuqbulaq (Mahabad) şəhərində yaşayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)