AZ

Tramp: Putin məni yarı yolda qoydu

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli məsələsində məni yarı yolda qoyub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Donald Tramp deyib ki, Vladimir Putinlə münasibətlərinə görə Ukrayna ətrafında yaranmış münaqişənin tez bir zamanda həll olunacağına ümid edib.

"V. Putin münaqişənin nizamlanması istiqamətində mənim ümid etdiyim addımları atmayıb. Lakin mən əminəm ki, Qəzza və Ukraynadakı münaqişələr həll olunacaq", - o qeyd edib.
Seçilən
3
1
sherg.az

2Mənbələr