AZ

Fransada sərt iqtisadi siyasətə qarşı etiraz aksiyaları keçirilir

BAKI, 18 sentyabr. TELEQRAF

Fransada hökumətin sərt iqtisadi siyasətinə etiraz olaraq ölkə üzrə nümayişlər davam edir.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransanın daxili işlər naziri Bruno Retayo bildirib ki, təxminən 10 min etirazçı küçələrə çıxıb.

Etirazlar zamanı 114 nəfər saxlanılıb, onlardan 15 nəfər Paris və ətraf bölgədədir.

Qeyd edilir ki, etiraz aksiyalarına təxminən 800 min nəfərin qatılacağı gözlənilir.

Bununla əlaqədar ölkənin nəqliyyat sistemində ciddi fasilələr proqnozlaşdırılır, bir çox məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

Seçilən
41
teleqraf.com

1Mənbələr