AZ

Putin məni məyus etdi - Tramp

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində onu məyus etdiyini vurğulayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Birləşmiş Ştatlar yeddi müharibəni nizamlayaraq həll edib. Prezident Putinlə münasibətimə görə bunun (Rusiya-Ukrayna münaqişəsini nəzərdə tutur – red.) ən asan variant olduğunu düşünürdüm. Amma o, məni məyus etdi. Görək bu, nə ilə nəticələnəcək" – o deyib.

Tramp Rusiya və Ukrayna arasında müharibəni bitirmək üçün özünü məcbur hiss etdiyini vurğulayaraq, nizamlanma ilə bağlı yaxşı xəbərlər gözlədiyini qeyd edib.

O həmçinin iddia edib ki, neftin ucuzlaşmasının Rusiya-Ukrayna münaqişəsinin sona çatmasına səbəb olacaq.*

ABŞ Prezidenti Donald Tramp neftin ucuzlaşmasının Rusiya-Ukrayna münaqişəsinin sona çatmasına səbəb ola biləcəyini iddia edir.(Report)

Seçilən
9
2
olke.az

6Mənbələr