AZ

Litva Rusiya ilə elektrik bağlantısını tamamilə kəsdi - FOTO

BAKI, 18 sentyabr. TELEQRAF

Litva Rusiyanın Kalininqrad vilayəti ilə elektrik şəbəkəsini birləşdirən xətləri tamamilə söküb.

Teleqraf xəbər verir ki, bu barədə Litvanın Milli Elektrik Şəbəkəsinin operatoru "Litgrid" məlumat yayıb.

Məlumata görə, söküntü işlərinə bu ilin fevralında – Baltikyanı ölkələrin Avropa elektrik şəbəkəsinə qoşulmasından dərhal sonra başlanılıb.

Bununla da Litva, Rusiya və Belarus enerji sistemləri ilə 65 ildən artıq davam edən əməkdaşlığa son qoyub.

Şirkət həmçinin qeyd edib ki, Belarus ilə elektrik xətlərinin sökülməsi 2027-ci ilə qədər başa çatdırılacaq.

Seçilən
61
1
teleqraf.com

2Mənbələr