AZ

“Şərurlu İsfəndiyar” həbs olunub?

Bu gün “Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (“Şərurlu İsfəndiyar”) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə linqvistik ekspertiza yekunlaşdığı bildirilib.

Xatırladaq ki, ötən prosesə “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") vəkili qatılmayıb.

“Şərurlu İsfəndiyar” Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir.

Hakim iş üzrə təyin edilmiş linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirmişdi. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.

Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Xüsusi ittihamçı İsfəndiyar Axundovun azadlıqdan məhrum edilməsini istəyir.

"Şərurlu İsfəndiyar" “Cebheinfo.az”-ın əməkdaşına məhkəmənin gedişatı ilə bağlı bildirib ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə iştirak etməyib:

“Məhkəmədə iştirak etməmişəm, bu barədə heç nə deyə bilmərəm. Məhkəməyə gedib sonra da qayıdıb gəlmişəm. Vəkilimin prosesdə iştirak edib-etmədiyinidən də xəbərim yoxdur, soruşmamışam da. Özüm də məhkəməyə getməmişəm, nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm. Artıq ora ilə buranın mənim üçün heç bir fərqi yoxdur. Elə ikisi də birdir”.

Seçilən
1
16
cebheinfo.az

10Mənbələr