AZ

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025: Sürət həvəskarları Pit zolağı gəzintisində (FOTO)

Bakı. Trend:

Paytaxtımız doqquzuncu dəfə Formula 1 Azərbaycan Qran Prisinə evsahibliyi edir və həyəcan artıq start götürüb.

Trend xəbər verir ki, bu günənənəvi Pit zolağı gəzintisi ilə sürət həvəskarları yarışhəftəsonuna möhtəşəm başlanğıc ediblər.

Saat 16:30-da başlayan və təxminən iki saat davam edən gəzintiyalnız üç günlük bilet sahiblərinə xüsusi imtiyaz təqdim etdi.Minlərlə azarkeş sevimli komandalarının qarajlarını yaxındanizləyərək Ferrari, Red Bull Racing və Mercedes kimi nəhənglərinbolidlərinin hazırlıq prosesinə şahid oldular.

Azarkeşlər eyni zamanda dünya şöhrətli pilotlarla şəkilçəkdirərək unudulmaz xatirələr topladılar. Mühərriklərin gurultusu,mexaniklərin sürətli işi və pit zolağındakı həyəcanlı ab-havatamaşaçılara Formula 1 dünyasının pərdəarxasına unikal baxış imkanıverdi.

Pit zolağı gəzintisi yarış həftəsonunun açılışı kimi azarkeşlərəhəm adrenalini, həm də atmosferi ilk gündən hiss etdirdi.

Xatırladaq ki, Bakı yarışı Formula 1 təqviminin ən maraqlıetaplarından biridir və bu il 19–21 sentyabr tarixlərindəkeçiriləcək.

Formula
Formula
Formula
Formula
Formula
Məqalədə:
Seçilən
7
7
az.trend.az

8Mənbələr