AZ

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması milli şüurun, dövlətçilik fəlsəfəsinin və tarixi yaddaşın möhkəmləndirilməsidir - Azər Qarayev

Bakı. Trend:

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elanolunması təsadüfi deyil. Bu qərar həm müasir Azərbaycandövlətçiliyinin ən mühüm təməl dəyərlərinə – Konstitusiyaya vəsuverenliyə – verilən yüksək qiymətin, həm də ölkənin keçdiyitarixi yolun dərin siyasi təhlilinin nəticəsidir. Prezident İlhamƏliyevin təşəbbüsü ilə elan olunan bu il, əslində, yalnız hüquqi vəya siyasi tədbirlərin məcmusu deyil, milli şüurun, dövlətçilikfəlsəfəsinin və tarixi yaddaşın daha da möhkəmləndirilməsibaxımından strateji əhəmiyyət daşıyır.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısındadayanan əsas vəzifələrdən biri dövlətin hüquqi əsaslarınınformalaşdırılması, müstəqilliyin beynəlxalq aləmdə tanınması və ənəsası, suverenliyin qorunması idi. Bu hədəflərə çatmaq üçün ilknövbədə ölkənin əsas qanunu – Konstitusiyanın qəbul olunması zəruriidi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan RespublikasınınKonstitusiyası dövlətin siyasi, iqtisadi və hüquqi inkişafistiqamətlərini müəyyən etməklə yanaşı, vətəndaşların fundamentalhüquq və azadlıqlarını da təmin etdi.

Eyni zamanda, suverenlik anlayışı yalnız müstəqilliyin elanolunması ilə məhdudlaşmır. Bu, həm də ölkənin bütün ərazilərində öziradəsini sərbəst şəkildə həyata keçirməsi, daxili və xaricisiyasətində tam müstəqilliyini qoruması, beynəlxalq münasibətlərdəbərabərhüquqlu subyekt kimi çıxış etməsi deməkdir. Azərbaycan1990-cı illərin ağır sınaqlarından keçərək, Ümummilli lider HeydərƏliyevin siyasi iradəsi və Prezident İlham Əliyevin müdrikdövlətçilik strategiyası nəticəsində bu suverenliyi real məzmundatəmin edə bildi. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi isə buprosesin ən parlaq nəticəsi olaraq tarixə düşdü", - o bildirib.

A.Qarayev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” həmdövlətçilik ənənələrimizin təbliği, həm də gələcək nəsillərəötürülməsi baxımından mühüm siyasi mesajdır.

"Bu il ərzində görülən tədbirlər, keçirilən konfranslar, ictimaimüzakirələr və hüquqi islahatlar, Azərbaycanın dövlətçiliktarixinin yeni bir mərhələsinin möhkəmləndirilməsinə xidmət edir.Əslində, bu təşəbbüs təkcə hüquqşünaslar və siyasətçilər üçündeyil, cəmiyyətin bütün təbəqələri üçün önəmlidir. ÇünkiKonstitusiya və suverenlik – yalnız hüquqi anlayış deyil, həm dəmilli kimliyin, vətəndaşlıq şüurunun və dövlətə sədaqətinrəmzidir.

Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların tərkibindəyaşasa da, daim müstəqillik ideyalarını qoruyub saxlayıb. XX əsrinəvvəllərində – 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətimüsəlman Şərqində ilk demokratik respublika olaraq tarixdə xüsusiyer tutur. Lakin cəmi 23 ay mövcud olan Cümhuriyyət işğalnəticəsində süqut etsə də, onun yaratdığı siyasi ənənələr sonrakıdövrlərdə Azərbaycan xalqının müstəqillik arzularını gücləndirdi",- o bildirib.

Onun sözlərinə görə, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasıAzərbaycan üçün böyük bir tarixi hadisə idi.

"Lakin ilk illərdə ölkənin qarşısında çoxsaylı problemlərdayanırdı: siyasi qeyri-sabitlik, iqtisadi böhran, torpaqlarınişğalı, separatçılıq təhlükəsi və xarici müdaxilələr. Belə mürəkkəbşəraitdə dövlətin hüquqi əsaslarını möhkəmləndirmək, vətəndaşlarınhüquqlarını qorumaq və milli birliyi təmin etmək üçün sabitkonstitusion bazaya ehtiyac duyulurdu.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilənAzərbaycan Respublikasının Konstitusiyası ölkənin dövlətçiliktarixində dönüş nöqtəsi oldu. Bu sənəd müstəqil Azərbaycanın ilkKonstitusiyası kimi yalnız qanunvericilik bazasını deyil, həm dədövlətin siyasi-fəlsəfi əsaslarını müəyyənləşdirdi. Konstitusiyadadövlətin demokratik, hüquqi və dünyəvi xarakteri təsbit edildi. Bu,müasir dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün fundamentaladdım idi.

Eyni zamanda, Konstitusiyada insan və vətəndaş hüquq vəazadlıqları geniş şəkildə öz əksini tapdı. Fikir, söz və mətbuatazadlığı, mülkiyyət hüququ, sosial təminat, təhsil və səhiyyəhüquqları dövlətin təminat verdiyi əsas dəyərlər kimimüəyyənləşdirildi. Bununla Azərbaycan özünü beynəlxalq hüquqistandartlara uyğun demokratik dövlət kimi təqdim etdi", - A.Qarayevbildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan Konstitusiyası yalnız hüquqisənəd deyil, həm də milli birliyin, dövlətçilik ideyasınındaşıyıcısıdır.

"Bu sənəd vətəndaşları dövlətə bağlayan əsas körpüdür. Xüsusilədə gənc nəsillər üçün Konstitusiyanın öyrənilməsi və dövlətçilikdəyərlərinin mənimsənilməsi milli kimliyin formalaşmasında mühümrol oynayır. Konstitusiyanın qəbulundan ötən illərdə Azərbaycandövlətçiliyi böyük inkişaf yolu keçib. Dövlət idarəçiliyi sistemimöhkəmlənib, iqtisadiyyat sürətlə artıb, beynəlxalq əlaqələrgenişlənib. Bütün bu uğurların təməlində hüquqi dövlətprinsiplərinə sadiqlik dayanır. Suverenlik isə dövlətinmüstəqilliyini, daxili və xarici siyasətində tam sərbəstliyiniifadə edən fundamental anlayışdır. Bu anlayış həm hüquqi, həm dəsiyasi məzmun daşıyır. Hüquqi baxımdan suverenlik – dövlətinqanunvericilik, idarəetmə və məhkəmə səlahiyyətlərinin yalnız özünəməxsus olması deməkdir. Siyasi baxımdan isə bu, xalqın öz iradəsinisərbəst şəkildə həyata keçirməsi, dövlətin isə həmin iradəniqorumaq və təmin etmək öhdəliyini daşımasıdır. Azərbaycan üçünsuverenlik sadəcə dövlətçilik kateqoriyası deyil, həm də millikimliyin ayrılmaz hissəsidir. Çünki xalqımız əsrlər boyumüstəqillik uğrunda mübarizə aparıb, imperiyaların təzyiqlərinəqarşı müqavimət göstərib, tarixi yaddaşında azadlıq ideyasınıqoruyub saxlayıb", - o bildirib.

Politoloq qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş“Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” Azərbaycanınmüasir tarixində dönüş nöqtəsi oldu. Bu sənədlə Azərbaycan xalqıbir daha suverenliyini bərpa etdiyini elan etdi. Lakinmüstəqilliyin ilk illərində suverenliyin məzmununu tam həyatakeçirmək mümkün olmadı.

"Ölkədə siyasi hakimiyyət uğrunda mübarizə, iqtisadi böhran vəvətəndaş qarşıdurması dövlətin mövcudluğunu belə sual altınaqoymuşdu. Üstəlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsindətorpaqların 20 faizi işğal altına düşmüş, bir milyondan çox insanqaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu dövrdə Azərbaycanmüstəqil dövlət kimi mövcud olsa da, faktiki olaraq suverenliyizəif idi.

Məhz belə ağır şəraitdə 1993-cü ildə xalqın təkidli tələbi iləhakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyibərpa etməklə yanaşı, suveren dövlətçiliyin əsaslarınımöhkəmləndirdi. Onun həyata keçirdiyi balanslaşdırılmış xaricisiyasət, güclü ordu quruculuğu və hüquqi dövlətin əsaslarınınformalaşdırılması Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinəimkan verdi", - o bildirib.

A.Qarayev vurğulayıb ki, 2003-cü ildən etibarən Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan suverenliyini yalnız qorumaqlakifayətlənmədi, həm də onun real məzmununu zənginləşdirdi.

"Bir neçə istiqamətdə mühüm addımlar atıldı. Azərbaycanın enerjiresurslarının dünya bazarlarına çıxarılması, böyük infrastrukturlayihələrinin reallaşdırılması, qeyri-neft sektorunun inkişafıölkənin iqtisadi suverenliyini möhkəmləndirdi. Artıq Azərbaycan heçbir xarici maliyyə mərkəzindən asılı olmayan güclü iqtisadiyyatasahib oldu. Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərdəbalanslaşdırılmış siyasət yürüdərək, öz milli maraqlarını prioritetkimi qorudu. Heç bir qlobal gücün təzyiqi qarşısında güzəştəgetməyən Azərbaycan diplomatiyası, dövlətin real siyasisuverenliyini təmin etdi. Bundan əlavə, 2000-ci illərdə həyatakeçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan regionunən güclü ordularından birinə çevrildi. Bu, gələcəkdə ərazibütövlüyünün bərpası üçün mühüm zəmin yaratdı.

Azərbaycan tarixində suverenlik anlayışını ən dolğun şəkildətəsdiq edən hadisə 2020-ci il Vətən müharibəsi oldu. 44 gün davamedən müharibə nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsiniişğaldan azad etdi. Bu, sadəcə ərazi bütövlüyünün bərpası deyil,həm də milli suverenliyin real məzmunda həyata keçirilməsi idi.Müharibənin nəticəsi göstərdi ki, dövlət yalnız beynəlxalq hüquqaistinad etmir, həm də öz gücünə arxalanaraq haqqını təmin edəbilir. Əslində, bu qələbə suverenliyin siyasi, hüquqi və hərbitəzahürlərinin sintezini ortaya qoydu. 2023-cü ildə antiterrortədbirləri nəticəsində Azərbaycanın konstitusion quruluşu bütünərazilərdə bərpa edildi. Bununla da dövlət öz suverenliyini tamşəkildə təmin etdi və milli tarixində yeni bir mərhələyə qədəmqoydu.

Azərbaycan dövlətçiliyində suverenliyin möhkəmlənməsi yalnızsiyasi və hərbi müstəvidə deyil, ideoloji sahədə də həyatakeçirildi. Prezident İlham Əliyevin “Azərbaycanın müstəqilliyiəbədidir, dönməzdir, sarsılmazdır” sözlələri milli dövlətçilikfəlsəfəsinin əsas sütununa çevrildi. Bu ideya, əslində, cəmiyyətinbütün təbəqələrinə ünvanlanmış siyasi mesajdır. Dövlətinmüstəqilliyini qorumaq yalnız hakimiyyətin deyil, bütün xalqınvəzifəsidir. Ona görə də məktəblərdə, ali təhsil müəssisələrində,media və ictimai institutlarda suverenlik ideyalarının təbliğixüsusi əhəmiyyət kəsb edir", - politoloq bildirib.

Onun sözlərinə görə, “Konstitusiya və Suverenlik İli”nin elanolunmasının birinci və ən mühüm dayağı hüquqi aspektdir. AzərbaycanRespublikasının Konstitusiyası dövlətin ali hüquqi sənədi kimisuverenliyin təminatçısıdır. Onun əsas maddələrində dövlətmüstəqilliyinin, ərazi bütövlüyünün və dövlət quruluşunundəyişməzliyi təsbit olunub. Konstitusiyaya əsasən, dövləthakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsipsuverenliyin mahiyyətini əks etdirir: xalq öz iradəsini sərbəstşəkildə ifadə edir və dövlət bu iradənin həyata keçirilməsininmexanizmidir.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Konstitusiya vəhüquqi islahatlar ölkənin dövlətçilik inkişafında sabitlik amilinəçevrildi. Dövlətin idarəetmə sistemi, vətəndaşların hüquq vəazadlıqları, hakimiyyət bölgüsü prinsipi və qanunun aliliyi məhzkonstitusion hüquq normaları üzərində quruldu. Bu il çərçivəsindəkeçirilən tədbirlər, hüquqi konfranslar və akademik müzakirələr həmKonstitusiyanın nəzəri əsaslarının dərinləşdirilməsinə, həm də onuntətbiq mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib. Bu, hüquqidövlət prinsipinin praktikada daha da möhkəmlənməsinə imkanverir.

Bu ilin ən mühüm nəticələrindən biri də milli həmrəyliyin dahada güclənməsidir. Konstitusiya dövlətin hüquqi çərçivəsinimüəyyənləşdirirsə, suverenlik onun siyasi məzmununu təmin edir. Buiki anlayışın sintezi dövlətin davamlı inkişafı üçün möhkəm bazayaradır. Məhz buna görə “Konstitusiya və Suverenlik İli” ölkədəsiyasi sabitliyin möhkəmlənməsinə, dövlət və cəmiyyətmünasibətlərinin daha sağlam əsaslarda qurulmasına xidmət edir. Buhəm də Azərbaycanın gələcək inkişafında dayanıqlı milli konsensusunyaranmasına imkan verir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın müasir tarixində ən böyükdönüş nöqtələrindən biri 2020-ci ilin Vətən müharibəsi və onunnəticəsində əldə edilən tarixi Qarabağ Zəfəridir.

"Bu qələbə təkcə işğal altındakı torpaqların azad olunması iləməhdudlaşmadı. O, eyni zamanda Azərbaycanın konstitusionsuverenliyinin tam bərpa olunması, dövlətçilik prinsipləriningücləndirilməsi və beynəlxalq hüququn gerçəkliyə çevrilməsibaxımından strateji əhəmiyyət daşıdı.

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalınəticəsində Azərbaycanın ərazi bütövlüyü və konstitusion hüquqlarıkobud şəkildə pozulmuşdu. Bu, təkcə torpaqların fiziki işğalıdeyildi, həm də Azərbaycanın konstitusiyasına əsaslanan dövlətsuverenliyi uzun illər ərzində qismən məhdudlaşdırılmış vəziyyətdəidi. 44 günlük müharibə nəticəsində Azərbaycanın bu hüquqları bərpaolundu və dövlət öz konstitusion prinsiplərini faktiki olaraq bütünölkə ərazisində tətbiq etmək imkanına qovuşdu.

Qarabağ Zəfərindən sonra Azərbaycan qarşısında dayanan əsasməsələlərdən biri azad edilmiş ərazilərdə dövlət suverenliyininbərqərar olunması idi. Bu, yalnız hərbi-siyasi deyil, həm də hüquqiproses idi. Azad edilmiş torpaqlarda Azərbaycan Konstitusiyasınınmüddəalarının tətbiqi, dövlət idarəetmə institutlarının qurulmasıvə vətəndaş hüquqlarının təmin olunması dövlət siyasətininprioritetinə çevrildi. Ən mühüm addımlardan biri həmin ərazilərdədövlət qurumlarının yaradılması, bələdiyyə idarəçiliyi, polis,prokurorluq, məhkəmə və digər konstitusion təsisatların fəaliyyətəbaşlaması oldu. Bu proses dövlətin ərazi bütövlüyünün yalnız kağızüzərində deyil, praktik müstəvidə də bərpa olunduğunu göstərdi", -o bildirib.

Politoloq həmçinin qeyd edib ki, Qarabağ Zəfəri eyni zamandabeynəlxalq hüququn əsas prinsiplərinin təsdiqi idi.Azərbaycan BMTNizamnaməsində, ATƏT-in qərarlarında və digər beynəlxalq sənədlərdətəsbit olunmuş ərazi bütövlüyü prinsipini öz gücü ilə həyatakeçirdi. Bu, ölkənin beynəlxalq arenada mövqelərini gücləndirdi vəhüquqi əsaslara söykənən suverenlik modelini möhkəmləndirdi.

"Postmüharibə dövründə aparılan sülh danışıqları da Azərbaycanınsuverenlik hüquqlarını əsas götürür.Regionda sülh yalnız qarşılıqlıolaraq dövlətlərin ərazi bütövlüyünün tanınması ilə mümkündür.Ermənistanın konstitusiyasında hələ də Azərbaycana qarşı əraziiddialarının yer alması sülh prosesinin ən böyük maneələrindən birikimi qalır. Bununla yanaşı, Azərbaycanın prinsipial mövqeyi sülhgündəliyini reallığa çevirməyə xidmət edir.

Azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi Azərbaycanındövlət suverenliyinin ən bariz ifadələrindən biridir. Burada həyatakeçirilən “Böyük Qayıdış” proqramı yalnız infrastruktur və yaşayışməntiqi ilə məhdudlaşmır. Bu, həm də Azərbaycan Konstitusiyasınınvətəndaşların doğma torpaqlarında yaşamaq hüququnu təmin etməköhdəliyinin gerçəkləşməsidir. Bərpa prosesi həm siyasi, həmiqtisadi, həm də hüquqi müstəvidə böyük əhəmiyyət daşıyır. Qarabağaqayıdan hər bir vətəndaş faktiki olaraq konstitusion hüquqlarındantam istifadə etmək imkanı əldə edir.

Qarabağ Zəfəri həm də Azərbaycanın geosiyasi statusunugücləndirdi. Regionda yaranmış yeni reallıq ölkəni həm regional,həm də qlobal proseslərdə daha fəal və təsirli aktora çevirdi. Bu,dövlətin suveren hüquqlarını möhkəmləndirməklə yanaşı, onunbeynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasına dazəmin yaratdı", - o bildirib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemindədövlətlərin suverenliyi yalnız daxili idarəçiliklə deyil, həm dəqlobal siyasətdə sərgilədikləri müstəqil mövqelə ölçülür.Azərbaycanın son illərdə beynəlxalq aləmdə tutduğu xətt onunkonstitusion prinsiplərə sadiqliyinin və suverenlik siyasətininbariz nümunəsidir.

"Azərbaycanın xarici siyasət kursu çoxvektorlu yanaşma üzərindəqurulub. Ölkə həm region dövlətləri, həm də qlobal güc mərkəzləriilə əməkdaşlıq edir, balanslı və çevik diplomatiya yürüdür. Busiyasət Azərbaycanın hər hansı hərbi-siyasi blokdan asılı olmadan,milli maraqlara uyğun qərarlar qəbul etməsinə şərait yaradır.Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını gücləndirərkən,eyni zamanda Çinlə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsindəstrateji layihələrə qoşulur. Türkiyə ilə müttəfiqlik, Rusiya ilətərəfdaşlıq, ABŞ-la əməkdaşlıq, İslam dünyasında lider mövqe –bütün bunlar ölkənin çoxşaxəli diplomatiyasınıngöstəriciləridir.

Azərbaycanın müstəqil mövqeyinin ən parlaq nümunələrindən biriQoşulmama Hərəkatındakı (QH) fəaliyyətdir. 2019–2023-cü illərdə butəşkilata sədrlik edən Azərbaycan inkişaf etməkdə olan ölkələrinsözçüsünə çevrildi. Xüsusilə COVID-19 pandemiyası dövründə ölkəningöstərdiyi humanitar və diplomatik təşəbbüslər beynəlxalq aləmdəböyük rəğbət qazandı. QH-də liderlik Azərbaycanın qlobal arenadabloklara qoşulmadan, tam müstəqil siyasət aparmaq imkanlarınıngüclü olduğunu nümayiş etdirdi. Bu, konstitusiyada təsbit olunmuşdövlət müstəqilliyi prinsipinin beynəlxalq müstəvidəgerçəkləşməsidir.

Bundan əlavə, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil,həm də siyasi suverenliyin əsas alətlərindən biridir.Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TAP və TANAP kimi layihələrölkəni Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısınaçevirib. Bu layihələr Azərbaycanın qlobal enerji xəritəsində önəmlimövqeyini gücləndirir, həm də ölkəyə beynəlxalq münasibətlərdəəlavə manevr imkanları yaradır. Azərbaycanın enerji diplomatiyasısayəsində Avropa İttifaqı ölkəsi olmayan, lakin Avropa enerjibazarında həlledici rol oynayan aktora çevrilməsi suveren siyasətintəzahürüdür", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan regionda da sülh vəəməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Şuşa Bəyannaməsi iləTürkiyə ilə müttəfiqlik münasibətlərinin yeni mərhələyə qalxması,Türk Dövlətləri Təşkilatında aparıcı rol, Xəzər dənizinin hüquqistatusu ilə bağlı konvensiyanın imzalanmasında fəal iştirak – bütünbunlar Azərbaycanın regional aktor kimi müstəqil mövqeyinitəsdiqləyir. Eyni zamanda Azərbaycan zaman-zaman beynəlxalqvasitəçilik təşəbbüsləri ilə çıxış edərək qlobal sülhünmöhkəmlənməsinə töhfə verir. Bu, ölkənin yalnız milli maraqlarlakifayətlənmədiyini, həm də beynəlxalq öhdəliklərini məsuliyyətləyerinə yetirdiyini göstərir.

"Azərbaycanın qlobal siyasətdə tutduğu mövqenin ən mühüm cəhətibeynəlxalq hüquqa sadiqlikdir. Ölkə daim dövlətlərin suverenliyi,ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini müdafiəedir. Bu prinsipial mövqe Azərbaycanın həm regionda, həm də qlobalmüstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb olur.

Azərbaycan müstəqillik dövründə mürəkkəb sınaqlardan keçərəközünün dövlətçilik modelini formalaşdırıb. Bu modelin əsasdayaqları Konstitusiya və suverenlik prinsipləridir. 2024-cü ilinölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması tarixisimvolizm daşıyır – Azərbaycan artıq öz suverenliyini tam təminetmiş, konstitusion prinsiplərini bütün ərazilərində həyata keçirəbilən, güclü, müstəqil və nüfuzlu dövlətə çevrilib.

“Konstitusiya və Suverenlik İli” sadəcə yubiley xarakteridaşımır; o, həm də gələcək inkişafın strateji istiqamətlərinimüəyyənləşdirir. Azərbaycan qarşıdakı dövrdə iqtisadişaxələndirməni gücləndirəcək, vətəndaşların sosial rifahınıartıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Bu isəyalnız güclü hüquqi baza və suveren siyasət kursu əsasındamümkündür", - politoloq əlavə edib.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr