ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Biz nəinki Rusiya Silahlı Qüvvələrinin döyüş aviasiyasına olan ehtiyaclarımızı tam ödəyirik, həm də ixrac üçün avadanlıq tədarük edirik”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiyanın döyüş aviasiyası qorunub saxlanılıb, bərpa edilib və onun inkişafı üçün çoxlu addımlar atılıb. Döyüş aviasiyasına gəlincə, heç kim bizə heç nə verməyəcək. Bu, göz qabağındadır. Biz onu qoruyub saxlamışıq, bərpa etmişik və irəliyə doğru çoxlu addımlar atmışıq. Rusiya yerli təyyarə mühərriklərinin istehsalında uğur qazanıb. Uzun müddətdir ki, təyyarə mühərriki istehsalında belə uğur qazanmamışıq. Biz “PD-14″ü hazırlamışıq. Bu, həqiqətən də əla mühərrikdir”, – Putin vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.