AZ

Putin miqrantlar üçün patent sisteminin ləğvini mümkün hesab edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün patent sisteminin ləğvini nəzərdən keçirməyi mümkün hesab edir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Putinin Rusiya Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə müzakirələr aparılıb.
"Miqrantlar üçün patent sisteminin ləğv edilməsi mümkündür. O, geniş şəkildə istifadə olunur. Mən heç nəyi istisna etmirəm. Sizdən və həmkarlarınızdan bunun üzərində işləməyinizi xahiş edəcəyəm", - deyə Putin "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının sədri Sergey Mironovun təklifinə cavab verib.
Seçilən
26
4
oxu.az

7Mənbələr