Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Rusiya neftindən imtina çağırışından sonra bu ölkədən mayeləşdirilmiş təbii qazın (LNG) idxalının sürətlə dayandırılması imkanını nəzərdən keçirir...
APA xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı Rusiyadan LNG idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan müddəaları yeni sanksiyalar paketinə daxil etməyi planlaşdırır.
Sözügedən paketin sentyabrın 19-da təqdim ediləcəyi gözlənilir.
Poliqon.info