AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
90deqiqe.Az qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində nominal ev sahiblərinin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat cərimə edilib.
Bölgə təmsilçisinin heyətində 5 nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb. Oyunun 90+4-cü dəqiqəsində Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb,”İmişli” klubu 3000 manat məbləğində cərimələnib.
“Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə, “kimyaçılar” 5000 manat cərimə ödəyəcək.