AZ

Bakıda sexdə ölüm hadisəsi baş veribVİDEO

Bakının Binəqədi rayonu ərazisində yerləşən qənd sexininin döşəməsi çöküb. Nəticədə orada işləyən 62 yaşlı qadın həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə sex binasının 2-ci mərtəbəsində baş verib.

Ərazidə çəkiliş aparmaq, müəssisə rəhbərliyindən açıqlama almaq cəhdlərimiz alınmasa da, sakinlər bildirdilər ki, sözügedən qənd sexi çoxdandır fəaliyyət göstərmir.

Maraqlıdır ki, baş vermiş bədbəxt hadisə haqqında qonşuların çoxu xəbərdar deyil.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədidə sexin döşəməsinin çökməsi nəticəsində baş verən ölüm faktı araşdırılır. Bildirilib ki, Binəqədi qəsəbəsi ərazisində fəaliyyət göstərən müəssisədə tikişçi işləyən Güllü Qədiməliyeva müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmə sınıb. Nəticədə tikişçi binanın birinci mərtəbəsinin beton səthinə yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
xezerxeber.az

1Mənbələr