AZ

Fransada etirazlarda 180-dən çox şəxs saxlanıldı

Fransada kütləvi etirazlar zamanı 180-dən çox şəx saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslərin 31-i Parisdədir.

Etirazlar zamanı ən azı 11 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Bundan əlavə, təxminən 10 aksiya iştirakçısı və 1 jurnalist yaralanıb.

Fransada keçirilən genişmiqyaslı etiraz aksiyaları "Hər şeyi blok edək" şüarı altında təşkil olunur və ölkə əhalisinin hökumətin təklif etdiyi sərt iqtisadi islahatlara etirazını əks etdirir.

Milli.Az
 

Seçilən
2
7
milli.az

10Mənbələr