AZ

“Qarabağ”a uduzdular, Mourinyonu baş məşqçi postuna gətirdilər - RƏSMİ

"Benfika"nın yeni baaş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisini Joze Mourinyo çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Benfika" Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində "Qarabağ"a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Bruno Laje istefaya göndərilib. Mourinyonun son iş yeri isə "Fənərbaxça" olub.

Seçilən
5
sportinfo.az

1Mənbələr